Nazirlikdən yay düşərgələri ilə bağlı - Açıqlama

nazirlikden-yay-dusergeleri-ile-bagli
Oxunma sayı: 973

Tədris ilinin bitməsinə bir neçə gün vaxt qalır. 

Valideynləri maraqlandıran əsas məsələlərdən biri də uşaqların 3 aylıq istirahətini səmərəli keçirməyidir. Bu il şagirdlərin yay istirahətlərinin səmərəli keçirilməsi üçün hansısa addımlar atılacaqmı?

“Qafqazinfo”nun məlumatına görə, Təhsil Nazirliyindən AzVision.az-a bildirilib ki, bu məsələ ilə bağlı müxtəlif təşəbbüslər mövcuddur.

“Belə düşərgələrin təşkili bu və ya digər təhsil müəssisələrində həyata keçirilir. Məsələn, təşəbbüsdən biri Təhsil İnstitutu tərəfindən iyunun 16-dan iyulun 16-dək Fizika, riyaziyyat və informatika təmayüllü liseydə reallaşdırılacaq. ADA Universitetində, Bakı Mühəndislik Universitetində şagirdlər üçün yay düşərgələrinin təşkil olunması nəzərdə tutulur”.