Nazirliklə Dünya Bankının işi davam edir

nazirlikle-dunya-bankinin-isi-davam-edir
Oxunma sayı: 634

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazirliyin və aidiyyatı təşkilatların nümayəndələrinin, sahə mütəxəssisləri və layihənin ekspertlərinin iştirak etdiyi iclasda ticarət, biznesin idarə edilməsi və fərdi xidmətlərin göstərilməsi sektoru üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi, habelə peşə standartlarının tətbiqinin iqtisadi səmərəliliyinə dair təqdimatlar olub.

Daha sonra layihənin veb-səhifəsinin (www.dios.az) yeni versiyası təqdim edilib.

İclasda bir sıra nümunəvi peşə standartları haqqında məlumat verilərək, peşə standartlarının tətbiqinin faydalarından bəhs olunub. Müzakirələrlə davam edən iclasda ticarət, biznesin idarə edilməsi və fərdi xidmətlərin göstərilməsi sahələri üzrə yerli şəraitə uyğunlaşdırılmış 32 nümunəvi peşə standartının layihə variantı 32 iş günü ərzində rəy və təkliflərin verilməsi üçün Komissiya üzvlərinə təqdim edilib.