Nazirliyin 10 milyon manatlıq istiqrazları satışa çıxarılacaq

nazirliyin-10-milyon-manatliq-istiqrazlari-satisa-cixarilacaq
Oxunma sayı: 875

İyulun 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Qafqazinfo”nun xəbərinə görə, bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 100 min istiqraz çıxarılacaq.

İstiqrazların ödəmə tarixi 11 oktyabr 2016-cı ildir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.