“Nazirliyin ali məktəblərə professor seçməsi düzgün deyil”

“Nazirliyin ali məktəblərə professor seçməsi düzgün deyil”
Oxunma sayı: 1408

“Ali təhsil müəssisələrində sertifikasiya imtahanının keçirilməsi planlaşdırılmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu təhsil müəssisələrində akkreditasiya aparılır, ixtisası olmayan, elmi dərəcəsi olmayan müəllimlər müəyyənləşdirilə bilər: “Biz təhsilverən yox, təhsili idarə edən qurumuq. Əslində məktəbin direktorunu elə məktəbin müəllimləri seçməlidir. Ali təhsil müəssisələrində buna elmi şuralar nəzarət edir. Elm və Təhsil Nazirliyinin gedib ali məktəblərə professor seçməsi düzgün deyil”.

Gülnar Əliyeva