Bakı Avropa Liseyinin müəllimi Səbinə Salmanova qəflətən vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil müəssisəsi sosial şəbəkə hesabında məlumat yayıb. Müəllimin ölümünə beyin qansızmasının səbəb olduğu bildirilir.
Qeyd edək ki, S. Salmanova pandemiya dövründə 2020-2021-ci illər ərzində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş "Teledərslər" layihəsinin iştirakçısı, 100-dən çox teledərsin müəllifi olub. O, həmçinin rus dili üzrə dərslik müəllifi, dərsliklərin qiymətləndirilməsi üzrə Təhsil Nazirliyinin eksperti qismində fəaliyyət göstərib.

Son xəbərlər
Son Xəbərlər