Nazirliyin heyəti İtaliyada - Fotolar

nazirliyin-heyeti-italiyada
Oxunma sayı: 700

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti cari ilin 29 may – 1 iyun tarixində İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində həmin ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi  “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub.

Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Nazirliyin bir neçə şöbəsinin əməkdaşlarından ibarət olub. 

Səfər mədəni landşaftla bağlı planlaşdırma, ərazi planlaşdırma qaydalarına transformasiya yolları, eləcə də yerli mədəniyyət müəssisələrinin idarə edilməsi, ənənəvi sənətkarlıq növlərinin tətbiqi, yerli memarlıq, yerli davamlı iqtisadi inkişafa töhfə verən digər mədəni məhsullar, regionlarda marketinq və brendinq üzrə İtaliya təcrübəsinin öyrənilməsini əhatə edib.