Nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

nazirliyin-kollektivi-sehidler-xiyabanini-ziyaret-etdi
Oxunma sayı: 2683

Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanına gələrək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.

“Qafqazinfo” xəbər verir ki, şəhidlərin xatirəsi yad edilib, məzarları önünə tər qərənfillər düzülüb.

Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak ediblər.