Nazirliyin maşınları qəzaya düşdü- - 3 fəhlə yaralandı+Foto

nazirliyin-masinlari-qezaya-dusdu-
Oxunma sayı: 2488


“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

Qəza zamanı yolda təmir işləri aparılan zaman “Shacman” markalı yuk maşının idarəetməni itirilməsi nəticəsində Nəqliyyat Nazirliyi Azəryolservis ASC-yə məxsus və dayanan vəziyyətdə olan “Mitsubishi” və “UAZ” markalı avtomobillərə çırpılıb.

Qəza zamanı yol təmiri ilə məşğul olan ASC-nin 3 fəhləsi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.