Nazirliyin qazdan istifadəyə görə borcu yoxdur

nazirliyin-qazdan-istifadeye-gore-borcu-yoxdur
Oxunma sayı: 730

Təhsil Nazirliyi təhsil müəssisələrində qazdan istifadəyə görə yaranan borc məsələsinə münasibət bildirib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin təhsil müəssisələrinin qazdan istifadəyə görə borcu yoxdur.

Belə ki, borcun 24,6 min manatı 4 fevral, qalan 4,1 min manatı isə bu gün, yəni 20 fevral 2020-ci il tarixində ödənilib.

Qeyd edək ki, Şəki rayonunda yerləşən 2 saylı tam orta məktəb, 9 saylı tam orta məktəb, 12 saylı tam orta məktəb, 17 saylı 500 yerlik tam orta məktəb, 19 saylı orta məktəb, 20 saylı orta məktəb, Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Litsey, 180 şagird yerlik orta məktəb, Göybulaq kənd tam orta məktəbi, Fazılkənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb, Fazılkənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb, Uşaq Gənclər İnkişaf Mərkəzi, Oğuz rayonunda yerləşən Yemişənli kənd orta məktəbi, Qəbələ rayonunda yerləşən Qəbələ rayon 2 saylı orta məktəb və Qəbələ rayon 3 saylı orta məktəbin qaz istehlakına görə 28 765,68 manat borcu yaranıb və Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi borcu ödəmədiyi üçün “Azəriqaz” məhkəməyə müraciət edib.

Məhkəmə pulun Maliyyə Mərkəzindən tutularaq “Azəriqaz”a ödənilməsinə qərar verib.