Nazirliyin qoçuları aktyoru söydülər - - Yenilənib

nazirliyin-qoculari-aktyoru-soyduler-
Oxunma sayı: 5895


Bu barədə məlumatı “Qafqazinfo”ya hadisənin şahidi olmuş və eyni zamanda da təhqirə məruz qalmış aktyor İlqar Cahangir deyib. Aktyor bildirib ki, dünən Siyəzən rayon sakini Nazim Qəhrəmanov Avtovağzal ərazisində qanuni dayanacaqda avtomobilini saxlayıb: “Bu zaman iki nəfər mülki şəxs ona yaxınlaşaraq maşının burdan saxlamaması üçün təkid edib. Sürücü bunun qanuni olduğunu bildirsə də, həmin şəxslər buna məhəl qoymayaraq onu təhqir ediblər. Mən də müfəttişlərin vətəndaşı təhqir etməsinə biganə qala bilmədim, ora yaxınlaşdım. Hadisəni videoya çəkdim. Bu zaman arxadan kimsə mənim telefonumu götürüb apardı. Məni də deyilməsi mükün olmayan ağır sözlərlə təhqir etdilər”.

İ. Cahangir daha sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşlarını çağırıb: “Dedilər ki, biz Nəqliyyat Departamentinin işlərinə qarışmırıq. Özünüz həll edin. Ara sakitləşdikdən sonra telefonumu versələr də, yaddaş kartını qaytarmayıblar. Mən indi sürücü ilə bərabər Nəqliyyat Departamentinə gedirəm. Məsələni araşdırsınlar. Görək bizə hücum edib təhqir edənlər kimdir. Mən bu işin axırına kimi gedəcəm. Gündüz vaxtı bu mülki şəxslər hansı cürətlə qanunsuz şəkildə vətəndaşa hücum edirlər. Bunu izah etməlidirlər”.

***
“Oda” teatrının rəhbəri İlqar Cahangir Nəqliyyat Departamentindəki görüşün detalları ilə bağlı “Qafqazinfo” ya açıqlama verib. “Telefonumun kartını qaytardılar. Çəkdiyim 15 saniyəlik videonu siliblər. Məsul şəxs bizə bildirdi ki, həmin şəxslər cəzalandırılacaq. Bu yaxınlarda bu cür hərəkətlərinə yol verdiyinə görə işçiləri işdən çıxarıblar. Onlar da işdən çıxarılacaq”.