Bu zamanda sağlamlığın məhdud olması da bir başqa dərddir. Onsuzda sağlam olanların da çoxu deyinməkdən şikayət dəftərinə dönüblər. Bir də var, əli-qolu sağların xəstə pulunu basıb yemək məsələsi. Bu işi bizim eldə canla-başla görənlər hələ də var. Bir baxın, pulu necə yeyərlər.
Bu yaxında bir qrup əlil insanımız Yunanıstandan Bakıya dönüblər. Güya həmin ölkəyə dincəlməyə, müalicə almağa gediblərmiş. Kim istəməz ölkədən kənara çıxmağı. Özü də Yunanıstan adı çəkiləndə gözünün qabağına tarixi ərazilər gəlir. Hələ yunanlı həkimlərin sənə qulluq etməsi bir az da cazibəli görünür. Onlar bunu yuxuda da görə bilmədilər. Qayıdan xəstələrimiz qəşəng planlar, xəyallarını yunan torpağında basdırıb gəliblər. Çünki orada onlarla maraqlanan belə olmayıb. Bilirsiz niyə? Çünki əlillərə başbilən kimi təyin olunan Samirə adlı qadının tamam başqa hədəfləri varmış. Belə ki, bu insan yalnız bir həftə ərzində adı çəkilən tibbi müəsisədə gözə dəyib. Sonra da satmaq üçün aldığı ucuz kürkləri də götürüb Bakıya gəlib ki, qaz vurub qazan doldursun. Ona çox lazımdı, kiminsə müalicəsi ilə maraqlansın, ya vəziyyətlə bağlı hesabat hazırlasın. Görün, insanlar necə birinə əmanət olunur? Bunları qanıqara əlil qardaşlarımız deyirlər. Deyilənlərə görə, həmin insanlar yad ölkədən Vətənə qayıtmaq üçün günləri sayırmışlar. Müalicə hecnə, yemək biyabırçılıq, davranış sıfır, tibb müəsisəsinin səviyyəsi isə çox aşağı. Axırı heç bir müalicə kursu keçmədən əsəb içində dönüblər, indi də onlardan soruşan yoxdur ki, nə etdiz, razı qaldınızmı. Kimdir günahkar?
Məsələ ondadır ki, xarici ölkələrə sağlamlıq problemi olanların göndərilməsi işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkil edir. Və dəfələrlə cənab nazir də bildirib ki, biz gedənlərin ancaq nəqliyyat və müalicə xərclərini ödəyirik. Tibbi məsələnin həlli işinə isə Səhiyyə Nazirliyi baxır. Yəni, adı çəkilən nazirlik həmin müalicə, reablitasiya mərkəzlərini tapır, müqaviləsini bağlayır və xəstələrin oraya göndərilməsinə məsuliyyət daşıyır. Nə, məsuliyyət ? İndi baxın. Hər əlil vətəndaşın ölkədən kənar müalicəsi adambaşına 6 min manata başa gəlir. Balaca rəqəm deyil. Yunanıstanın Saloniki(Soçinin Soloniki kurort yeri ilə səhv salınmasın) şəhərindəki həmin müalicə-reablitasiya mərkəzinə isə növbə ilə 50 nəfər insan göndərilib. Yəqin ki, hesabı əla bilənlər bu qədər pulun axdığı cibin yiyəsini və yiyələrini axtarmaq istəyəcəklər. Üstəlik gələnlərin narazılıqlarına baxmayaraq, bir neçə gün əvvəl daha 25 nəfərlik növbəti qrup oraya aparılıb. Yəni, havayı pullar göyə sovrulur, tez basıb yeyəni isə ac aslan kimi pusqudadı.
Bəh-bəh... gözünüz doysun puldan, ay xəstə pulu yeyənlər....
Son xəbərlər
Son Xəbərlər