Nazirliyin sektor müdirinin ölümü ilə bağlı- - FHN-dən açıqlama

nazirliyin-sektor-mudirinin-olumu-ile-bagli-
Oxunma sayı: 1655


"Qafqazinfo" xəbər verir ki, yaxınlarının “Report”a verdiyi məlumata görə, R.Sadıqzadə 35 yaşında ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, R.Sadıqov 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetini bitirib. İki övladı var.

***

FHN də Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rüstəm Sadıxzadənin ölümü ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində R.Sadıxzadənin yaşadığı evdə baş verib.

1980-cı il təvəllüdlü Sadıxzadə Rüstəm Davud oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı R.Sadıxzadənin vəfat etdiyi müəyyən olunub.

Əməliyyat saat 22:53-də başa çatıb.

Murad Əhməd

“Qafqazinfo”