Nazirliyin vəzifəli şəxsi məhkəmə zalından azadlığa buraxıldı

nazirliyin-vezifeli-sexsi-mehkeme-zalindan-azadliga-buraxildi
Oxunma sayı: 3775

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri - Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

Onlardan yalnız İlqar Hacıyev həbsdə idi. O da məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər.

Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Nazirliyə dəymiş zərər 541 min manatdır. İbtidai istintaq və məhkəmə istintaqı dövründə 451 min manatlıq ziyan ödənilib.

Murad Əhməd