Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beyləqan rayon Meşələrin bərpası və Mühafizəsi Müəssisəsinin direktoru Novruz Alkərəmov və nazirliyin rayon şöbəsinin vəzifəli şəxsi Mehdi Abdullayevlə bağlı aparılan istintaq başa çatıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılacaq.
Hər iki şəxs rüşvət almaqda ittiham olunurlar. Onlar Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilirlər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər