Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində “NAZ” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “NAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər