Nazpəri Dostəliyevadan barışıq xəbərinə- - Münasibət

nazperi-dosteliyevadan-barisiq-xeberine-
Oxunma sayı: 4953


Bu gün xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyevanın barışıq xəbəri yayılıb. 

Yayılan məlumatda küsülü müğənnilərin dünən görüşdüyü və barışığa imza atdığı bildirilib.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, Nazpəri Dostəliyevanın məsələyə münasibəti gecikməyib. O, bununla bağlı  bəyanat yayıb: 

“Mən heç kimə zəng vurmamışam, nədə ki, kiminləsə görüşməmişəm. Belə bir fikrim yoxdur və olmayacaq. Dünən bütün günü işçilərimlə birlikdə tədbirlərdə olmuşam, xalqımdan pozitiv, müsbət enerji almışam. Bu cür boş-boş xəbərləri yayanlar kimlərdir bilmirəm. Bundan sonra belə mənfi enerji verən hadisələrdə adım hallanmasın. Bu məsələ ilə bağlı bütün suallar vəkilim Yunus müəllimə verilsin”.