“Qafqazinfo”ya açıqlamasında sənətçi bildirib ki, Dostəliyeva haqsız olaraq onu hədələyir:
“Mən Nazpəri Dostəliyevanı yalnız parodiya etmişəm. Təhqir etməmişəm ki, gedib üzr istəyib barışım. Dostlarım da deyir ki, yaxşı parodiya etmək qabiliyyətim var. Mən bunları pis niyyətlə etmirəm. Parodiyalarımdan razı qalan həmkarlarım çoxdur. Onu bilin ki, Nazpəri Dostəliyeva ilə barışıq olmayacaq. Mənə zəng edib hədə-qorxu gəlir".
Əliyeva şou-biznesdə olan durğunluqdan da danışıb:
“Müğənnilər elə bil ki, nəsə gözləyirlər. Bu gün hamımız toydan dolanırıq. Toydan az maliyyə əldə etdiyimiz üçün sənətlə bağlı bəzi arzular yarımçıq qalır. Klip, mahnı, konsert üçün maliyyə lazımdır. Ona görə durğunluqdur. iki ay Məhərrəmlik ayı oldu. Yanvar-fevral toylar az olur. Bahalı mahnılar almağımız, bahalı geyimlər geyinməyimiz, bahalı maşın sürməyimiz üçün çalışırıq. Bahalı mahnılar ala bilmək üçün toy qiymətini qaldırırıq”.
Könül
Son xəbərlər
Son Xəbərlər