“NB Holdinq” - 17 il birlikdə

nb-holdinq
Oxunma sayı: 1324

Azərbaycanda çoxşaxəli fəaliyyətilə iri layihələrə imza atan, uğurlu və dinamik inkişaf edən “NB Holdinq” ASC 17 illiyini qeyd edir.

"Qafqazinfo" xəbər verir ki, ilk olaraq kimya sənayesi üzrə fəaliyyətə başlayan şirkət, hazırda iri həcmli və əhəmiyyətli layihələrə imza atır, böyük  zavodların tikintisini həyata keçirir. “NB Holdinq”, inşaat, sənaye, boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqları, polimer kimi sənaye əhəmiyyətli yarımməhsullar, həmçinin, kimyəvi məişət məhsulları seriyasından  qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalı ilə də məşğuldur. 

Yarandığı gündən “NB Holdinq”in əsas strategiyası, yüksək səviyyəli və yüksək keyfiyyətli yerli istehsal brendləri formalaşdıraraq “Keyfiyyətli Azərbaycan brendi”nin qoruyucusu kimi, qeyd olunan sənaye sektorunda  aparıcı qüvvələrdən biri olmaqdır. Dövlətin, yerli istehsalın inkişafına göstərdiyi qayğı, idxaldan asılılığın aradan qaldırılması və  azad rəqabət mühitinin  formalaşdırılması siyasəti  nəticəsində,  digər  yerli  iqtisadi-sənaye sahələri kimi  “NB Holdinq” in fəaliyyəti üçün də qarantlı yol açılmışdır. Təsadüfi deyil ki, “NB Holdinq” tərəfindən  məqsədə doğru inamla atılan addımlar nəticəsində keyfiyyət və  müştəri məmnuniyyəti kimi mühüm nailiyyətlər əldə edilib. 

“NB Holdinq” 17 il ərzində dövlətçilik prinsiplərini əsas tutaraq, ölkə başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq fəaliyyətini davam etdirib.

“NB Holdinq”in regionlarda fəaliyyətə başlayan zavodları iqtisadiyyata verdiyi  töhfə ilə yanaşı, yeni iş yerlərinin açılmasında da əhəmiyyətli  rol oynayıb.

Həm istehsal keyfiyyətinə, həm də sosial fəaliyyətinə görə “NB Holdinq” dəfələrlə  müxtəlif diplom və mükafatlara layiq görülmüş, həmçinin yerli və  beynəlxalq sertifikatlar, attestatlar əldə edib.