NBA-dan Trampın qərarına etiraz - “Qorxunc fikirdir”

nba-dan-trampin-qerarina-etiraz
Oxunma sayı: 900

ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin (Suriya, İran, Liviya, Yəmən, Somali, İrak və Sudan) vətəndaşlarının ölkəyə girişinə qadağa qoyması dünyanın ən böyük basketbol liqası olan NBA-ya da təsir edə bilər.

Qafqazinfo” xəbər verir ki, liqada mübarizə aparan basketbolçular arasında Trampın qadağa qoyduğu ölkələrdən olan vətəndaşlar da var.

“Miluoki Baks”ın sudanlı oyunçusu Ton Maker və “Los Anceles Leykers”in təcrübəli üzvü Luol Denq bu qərardan sonra təşvişə düşüb.

Kanadaya səfərə gedən komandalar oradan döndükləri zaman problemlə üzləşməkdən qorxsalar da, hər şey qaydasında olub.

NBA-nın mətbuat xidmətinin rəhbəri Mike Bass qərardan narahat olduqlarını dilə gətirib: “Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Bu qərarın basketbolçular üçün də qüvvədə olub-olmadığını bilmək istəyirik. NBA dünyanın diqqətində olan liqadır. Burada hər ölkədən olan oyunçular var. Biz bundan qürur duyuruq”.

“Qolden Steyt Uorriorz” baş məşqçisi Steve Kerr prezindetin qərarına sərt etiraz edib: “Qorxunc fikirdir. Atamı terror qurban vermiş biri kimi qərardan narazıyam. Bu qadağa ölkədə qorxu yaradacaq. Biz bununla terror dəstək verəcəyik. Trampın qərarına qarşıyam. Qadağadan əziyyət çəkən hər kəsin yanındayam. Ailələr bir-birindən ayrıldı. Bu yol terrorun qarşısını almaq üçün yaxşı fikir deyil”.