NBC bank fəaliyyətini bərpa etdi - Lisenziyası verildi

nbc-bank-fealiyyetini-berpa-etdi
Oxunma sayı: 4128

“NBC Bank” ın lisenziyası bərpa olunur. “Qafqazinfo” xəbər verir ki, bu barədə bankın facebook səhifəsində məlumat yazılıb.

Bildirilir ki, Mərkəzi Bankın 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağrılması) qüvvədən düşmüş hesab olunur və NBC Bank ASC-nin lisenziyası bərpa olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo” “NBC Bank”ın yenidən açılacağı ilə bağlı məlumat yaymışdı.