Futbol üzrə Azərbaycan milli komandasının kapitanı dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, yığmanın baş məşqçisi Fernandu Santuş kapitanlıq bazübəndini “Qarabağ”ın futbolçusu Abbas Hüseynova verib.
Belə ki, bir qədər sonra Millətlər Liqası çərçivəsində başlayacaq Estoniya - Azərbaycan matçında millimizi meydana kapitan kimi Abbas Hüseynov çıxaracaq.
Qeyd edək ki, Slovakiya ilə matçda millini kapitan kimi meydana Elvin Camalov çıxarmışdı. Yığmanın üçüncü kapitanı Ramil Şeydayevlə Emin Mahmudovun yoxluğunda bu hüquqa yiyələnmişdi.
Eminlə Ramil isə İsveçlə matçda penaltidən istifadə etmək üstündə mübahisə etdiyi üçün, baş məşqçi tərəfindən start heyətə daxil edilməməklə bir növ cəzalandırılmışdı.