Azərbaycanda son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.
“Qafqazinfo” Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada COVID-19 əleyhinə 12 966 vaksin vurulub.
Birinci mərhələ üzrə peyvənd olunanların sayı 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 501, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 10 039-dur.
Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 758 nəfər təşkil edir.

Son xəbərlər
Son Xəbərlər