Nə qədər ərazi minadan təmizlənib?

ne-qeder-erazi-minadan-temizlenib
Oxunma sayı: 2079

2020-ci ilin noyabr ayından bu günə qədər 148 min hektardan çox ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib.

“Qafqazinfo” xəbər ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov  deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 124 min ədəddən artıq mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.