“Nə Rusiyadan, nə də Ukraynadan vaz keçməyimiz mümkündür” - Ərdoğan

ne-rusiyadan-ne-de-ukraynadan-vaz-kecmeyimiz-mumkundur
Oxunma sayı: 2382

“İkisindən də (Rusiya və Ukrayna -red.) vaz keçməyimiz mümkün deyil”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Elə bir addım atmalıyıq ki, heç birindən vaz keçmədən bu işi həll edək”, - deyə Ərdoğan söyləyib.

Onun sözlərinə görə, NATO videokonfrans formatında keçiriləcək zirvə görüşündə artıq öz mövqeyini müəyyən etməlidir: “Hər kəs sadəcə danışır, iş icra edən yoxdur”.