Nə “Səbail” qalib gəldi, nə də “Zirə” - Video

ne-sebail-qalib-geldi-ne-de-zire
Oxunma sayı: 1590

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi çərçivəsində "Səbail" və "Zirə" komandaları arasında oyun keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, "ASCO Arena"da baş tutan qarşılaşmada qol vurulmayıb. Komandalar arasındakı cavab matçı dekabrın 19-da Zirədə keçiriləcək.

Xatırladaq ki, günün ilk görüşündə "Qəbələ" "Sabah"ı 3:0 hesabı ilə məğlub edib. Sabah isə "Neftçi" - Sumqayıt" və "Qarabağ" - "Keşlə" matçları ilə 1/4 final mərhələsində ilk oyunlara yekun vurulacaq.