“Qafqazinfo” xəbər verir ki, o, qol.az-a açıqlamasında eyni problemlə üzləşən “Simurq” və “İnter”də vəziyyətin qaydasına düşəcəyini bildirib: “Çempionatın sonuna beş tur qalmış bu söz-söhbətlərin yayılması xoşagələn hal deyil. Nə “Simurq” dağılacaq, nə də “İnter”. Hər birinin öz sahibi var. Çempionatı normal başa vuracağıq. Gələn mövsüm üçün “Simurq”a yeni sponsor tapacağıq. Narahatlığa əsas yoxdur”.
R.Musayev Zaqatala təmsilçisinin lisenziyalaşdırma ilə bağlı da probleminin olmayacağını deyib: “Hələ ki, komandada qalacaq futbolçuların adları bəlli deyil. Klub prezidenti də sponsorla bağlı problem olduğu üçün qəti söz deyə bilmir. Ancaq növbəti mövsümdə “Simurq” çempionatda mübarizəni davam etdirəcək”.
Son xəbərlər
Son Xəbərlər