“Neapol”dakı piyada keçidinə lift qoyuldu - Fotolar

neapoldaki-piyada-kecidine-lift-qoyuldu
Oxunma sayı: 4511

Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi sona çatır.

AAYDA-dan “Qafqazinfo”ya verilən məlumata görə, keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək.

Keçidin uzunluğu 76.5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir.  Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.