Nəbatat bağı ilə bağlı məlumatlara - Rəsmi cavab

Nəbatat bağı ilə bağlı məlumatlara
Oxunma sayı: 4132

Bakı Şəhər İcra Hakimiyyəti sosial şəbəkədə Mərkəzi Nəbatat Bağı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

 "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

Həmçinin oxuyun: ТуранБанк завершил четвертый квартал 2022 года с прибылью в 1.9 миллиона манатов

“Orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir”.