Nəbatat bağında ağaclar kəsilib? - Video

nebatat-baginda-agaclar-kesilib
Oxunma sayı: 2163

Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı görüntülər yayılıb. Videoda tikinti işləri ilə əlaqədar bəzi ağacların kəsildiyi iddia olunub.

Məsələ ilə bağlı AMEA-nın Reyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva ilə əlaqə saxladıq.

O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, Nəbatat bağında heç bir ağaca toxunulmayıb:

“Orada yeni ağaclar əkilir. Nəbatat bağı Bakının simasına uyğun yenidən qurulur. Noyabr-dekabr aylarında 11 min ağac əkilib. Nəbatat bağının ətrafında qanunsuz tikililər var, onlar sökülür”.