“Necati ABŞ-dakı evliliyini rəsmi orqanlardan gizlədib” - Aktyorun xanımı

“Necati ABŞ-dakı evliliyini rəsmi orqanlardan gizlədib”
Oxunma sayı: 2678

Aktyor Necati Şaşmazın boşanmaq üzrə olduğu xanımı Nagehan Şaşmaz həyat yoldaşı ilə bağlı daha bir açıqlama verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Nagehan Necatinin ABŞ-da özündən 25 yaş böyük qadınla 4 il evli olduğunu və bunu rəsmi orqanlardan gizlədiyini deyib. Şaşmaz daha əvvəl məhkəməyə evli olması ilə bağlı sənədləri təqdim etsə də, Nagehan bu sənədlərin illərlə rəsmi orqanlardan gizlədilməsi ilə bağlı yeni iddia irəli sürüb. Onun vəkili Dəniz Ketenci yaydığı açıqlamada “Necati Şaşmaz Amerikada özündən 25 yaş böyük qadınla evli olduğunu nə üçün Türkiyənin rəsmi orqanlarından gizlədib və üstəlik, təqdim etdiyi sənədlərə görə 4 il müddətində ailəli olub?” deyə qarşı tərəfə müraciət edib.

Qeyd edək ki, bir-birlərini qarşılıqlı xəyanətdə ittiham edən cütlük 2019-cu ilin fevralında boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə gedişində Şaşmazın ABŞ-da 2001-ci ildə Claire B. qadından boşanması üzə çıxıb. Aktyor bunu Nagihanın özünün də ailə quranadək bildiyini və hazırda öz məqsədləri üçün bu faktı üzə çıxardığını bildirmişdi.

2012-ci ildə evlənən Necati ilə Nagehanın 2 uşağı var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi