Necati Şaşmazla xanımı arasında koronavirus qalmaqalı

necati-sasmazla-xanimi-arasinda-koronavirus-qalmaqali
Oxunma sayı: 3877

Türkiyənin məşhur aktyoru Necati Şaşmazla xanımı Nagehan Şaşmaz boşanma ərəfəsində gərgin anlar yaşayıb. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Ukraynada olan və Türkiyəyə qayıdan aktyor 6 və 1 yaşlı uşaqlarını görmək istəyib.

Lakin Nagehan Şaşmaz buna icazə verməyib. Səbəb kimi Necatinin 14 günlük karantinə alınmasını heçə sayması və koronavirusla mübarizədə səhlənkarlıq etməsini göstərib.

Həmçinin o, uşaqların immunitetinin aşağı olduğunu, narahat olduqları üçün ataları ilə görüşə icazə vermədiyini qeyd edib. Amma buna məhəl qoymayan N. Şaşmaz polislərlə birgə uşaqları evdən çıxarıb.

Nagehanın vəkili Nazlı Kaya mətbuata açıqlama verib: “Necati Şaşmaz qısa müddət əvvəl xaricdə olub və koronavirusa yoluxma təhlükəsi var. Səhiyyə Nazirliyi xaricdən qayıdanların 14 gün karantində olacağını qeyd edib. Valideynlərin ortaq himayəsində olan uşaqlar isə xəstədir. Müvəkkilim aktyorun koronavirus testinin nəticələrindən sonra uşaqlarla görüşdürəcəyini bildirib. Lakin N. Şaşmaz bunlara məhəl qoymayıb, icra məmurları ilə birgə uşaqları məcbur evdən aparıb”.