Necdet Ünüvardan bayram - - Təbriki

necdet-unuvardan-bayram-
Oxunma sayı: 965


“Bayramlar qardaşlıq, yardımlaşma və mehribançılıq duyğularının daha da artdığı; birlik və bərabərliyimizin gücləndiyi, tarix boyunca millətlərimizin həyatında hər zaman vacib bir yerə sahib olan və birləşdirici gücü olan günlərdir.

Ramazan bayramı 30 günlük Ramazan ayının sonunda müsəlmanlara mükafat olaraq verilən bir bayramdır. Bayramların dəyərini bilməli, bunu bir fürsət olaraq görüb bu fürsəti ən gözəl şəkildə dəyərləndirməliyik. Dünyanın qayğıları arasında vaxt ayıra bilmədiyimiz ailəmizin, dostlarımızın və qohumlarımızın könlünü almaq üçün bu bir fürsətdir. Bu fürsəti çox gözəl dəyərləndirərək küsülülüklərə son verməli, sevgi bağları gücləndirilməlidir.

Bir tərəfdən də bayrama hüzünlü giririk. Başda Qəzza olmaqla müxtəlif coğrafiyalarda zülm altında bayrama girən qardaşlarımız var.

Müxtəlif coğrafiyalarda yaşayan, ancaq ortaq dəyərlərə sahib olan bütün müsəlmanlar qardaşdır. Bu münasibətlə hər zaman “bir millət, iki dövlət” olduğumuz qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi qəlbdən təbrik edirəm”.