“Necə insanları çölə atıb “get həyatını müəyyənləşdir” deyə bilərsən?”

nece-insanlari-cole-atib-get-heyatini-mueyyenlesdir-deye-bilersen
Oxunma sayı: 2904

“Ayrı-ayrı vətəndaşların qeydiyyatının ləğv olunması məsələsi aktuallaşıb. Polisdə qeydiyyatda olanlar çıxarılır, havada qalan vətəndaşlara təklif olunur ki, qohum-əqrəbanın evində qeydiyyatına düşə bilərsiniz. Bu, ciddi problemdir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib. 

Deputat bildirib ki, bu, gələcəkdə mülkiyyət, əmlak problemlərinə, ciddi məhkəmə çəkişmələrinə yol açacaq: “Bunun üçün hər hansı forma müəyyənləşməlidir. Belə insanlar harasa qeydiyyata düşəcəksə də, müvəqqəti qeydiyyata alınmalıdır ki, gələcəkdə əmlaka iddia edə bilməsin. Vətəndaş Bakıda işləyir, övladı təhsil alır və sairə. Bu necə ola bilər, insanları çölə atasan ki, get həyatını müəyyənləşdir?”

Qeyd edək ki, aktuallığını nəzərə alaraq bir müddət əvvəl “Qafqazinfo” da mövzu ilə bağlı geniş yazı hazırlamışdı. Sözügedən materialla təqdim edilən linkdən tanış ola bilərsiniz: “Bu adamlar havada qalmalı deyil axı” - Onların taleyi necə olacaq?

Zaur Mirzə