Neçə ölkədə meymunçiçəyi qeydə alınıb?

nece-olkede-meymunciceyi-qeyde-alinib
Oxunma sayı: 2070

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ÜST-ün məlumatına görə, mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə müşahidə edilib.

Ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12).

Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.