Nəcməddin Sadıkov cəbhə bölgəsinə getdi

necmeddin-sadikov-cebhe-bolgesine-getdi
Oxunma sayı: 1986


"Qafqazinfo" Nazirliyin saytına istinadən xəbər verir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.