Dünya bazarında neftin qiyməti 43 dolları keçib.
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 1,45 faiz artaraq barelli 43,46 dollar olub.
WTI markalı neftin may fyuçersi isə 1,127 faiz artaraq 40,82 dollara yüksəlib.
Qeyd edək ki, neftin qiyməti sonuncu dəfə ötən ilin dekabrın əvvəllərində bu qiymətdən satılıb.
Son xəbərlər
Son Xəbərlər