Neft 48 dollardan aşağı düşdü

neft-48-dollardan-asagi-dusdu
Oxunma sayı: 988

Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.

Qafqazinfo”nun məlumatına görə, “Brent”in qiymətində 2, 65 % ucuzlaşma var. Hazırda bu markalı neft 47, 67 dollardan satılır.

WTI markalı neft də 2, 71 % ucuzlaşma ilə 46, 71 dollardan təklif edilir.

Qeyd edək ki, iyunun 15-də “Brent” 49, 23 dollar, WTI markalı neft isə 47, 98 dollar olub.