Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 2,174 faiz ucuzlaşaraq barelli 51,98 dollara düşüb.
WTI markalı neftin aprel fyuçersi 2,38 faiz ucuzlaşaraq barelli 49,11 dollardan satılıb.
Qeyd edək ki, WTI markalı neftin qiyməti ötən ilin dekabrından bəri ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.
Son xəbərlər
Son Xəbərlər