“Neft Daşları” yatağında yeni quyu

neft-daslari-yataginda-yeni-quyu-
Oxunma sayı: 1321


“Qafqazinfo” SOCAR-a istinadən xəbər verir ki, “Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2681 nömrəli quyuda qazma işlərinə başlanılıb.

“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1360 metrdir. 

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.