Neft Daşlarına ekskursiya təşkil olunub - Foto

Neft Daşlarına ekskursiya təşkil olunub
Oxunma sayı: 1268

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 sentyabr “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər Günü ilə əlaqədar Xəzər dənizinin Neft Daşlarına ekskursiya təşkil olunub və rəsmi tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə millət vəkilləri Hikmət Babaoğlu, Rauf Əliyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçəli Mahmudov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev, YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Əhmədov və YAP fəalları iştirak ediblər.

Neft Daşlarının əsasını qoymuş Əməkdar mühəndis, professor Ağa Qurban oğlu Əliyevin abidəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş olan qəhrəman şəhidlərin abidəsi və 1957-ci il faciəsində həlak olmuş şəhid neftçilərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. “Əsrin müqaviləsi”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov tədbirdə açılış nitqi söyləyib, neft sahəsində qazanılan uğurlardan danışıb. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilməsində Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçəli Mahmudov ilk öncə neft sənayesinin ölkə iqtisadiyyatının inkişafındakı mühüm mövqeyini vurğulayaraq, neftçiləri təbrik edib.

Daha sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup fəal fəxri fərmanla təltif olunub.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə müğənnilər Elnur Məmmədov, Amil Həsənoğlu, Aynur Dadaşova, rəqqasə Fatimə və digərləri iştirak ediblər.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi