Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb

neft-daslarinda-dalganin-hundurluyu-28-metre-catib
Oxunma sayı: 767

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda müşahidə edilən faktiki hava haqda məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən xəbərə görə, fevralın 25-i saat 13:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib. 

Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.