2022-ci ildə ARDNF-nin daşınmaz əmlak investisiyaları üzrə gəlirliliyi 9,2 % olub.
“Qafqazinfo” xəbər verir ki, bu, Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilir.
Hesabatda qeyd edilir ki, daşınmaz əmlak portfeli uzunmüddətli sabit pul vəsaitləri axınını təmin etməklə 3,1 milyard ABŞ dolları dəyərindədir: “Bu, ARDNF-nin ümumi portfel dəyərinin 6,2 %-ni təşkil edir və növbəti illərdə bu payın 10 %-dək çatması hədəflənir. Daşınmaz əmlak investisiyaları yarandığı ildən bəri 6,8 % illik gəlirlilik olmaqla, ümumi 1,3 milyard ABŞ dolları qazanc əldə edib Bununla yanaşı, bazarda əhəmiyyətli dərəcədə mürəkkəb vəziyyətin mövcud olmasına baxmayaraq, 2022-ci ilin əvvəlindən 9,2 % gəlirlilik əldə olunub”.


Hesabata görə birbaşa investisiyalar Moskva, London, Paris və Tokio şəhərlərində yerləşən dörd əmlak olmaqla Fondun daşınmaz əmlak portfelinin 21 %-ni təşkil edir: “Hər bir əmlakımız illik əsasda müstəqil olaraq qiymətləndirilir. Cədvəldə birbaşa investisiya etdiyimiz daşınmaz əmlakların 2021 və 2022-ci illər üzrə qiymətləndirmə nəticələri və müvafiq qiymətləndirici şirkətlər qeyd olunub”.

Son xəbərlər
Son Xəbərlər