Neft Fondunun rəhbərliyində dəyişilik edildi

neft-fondunun-rehberliyinde-deyisilik-edildi
Oxunma sayı: 690

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyində dəyişikliklə bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

N. Əmirov Vahid Axundovu əvəzləyib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının sədri baş nazir Artur Rasi-zadədir. Şuranın digər üzvləri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.

ARDNF-nin icraçı direktoru isə Şahmar Mövsümovdur.