“Qafqazinfo” xəbər verir ki, məlumatda bildirilir ki, bu gün səhər saat 09.40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib. Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.
Qeyd etmək lazımdır ki, çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.
Son xəbərlər
Son Xəbərlər