Neft Məktəbinin tələbələri “100 min səs” petisiyasına qoşulublar

neft-mektebinin-telebeleri-100-min-ses-petisiyasina-qosulublar
Oxunma sayı: 801


Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatı, BANM-in Tələbə Həmkarlar Təşlkilatı, o cümlədən BANM-in YAP Gənclər Birliyi və “Neftçi Mühəndislər” Tələbə Elmi Cəmiyyətinin üzvləri hər biri lazım olan imzanın toplanılması istiqamətində aparılan təbliğat işində yaxından iştirak ediblər. Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan torpaqlarına qarşı erməni qəsbkarlığında, Dağlıq Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən işğalında və Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib. S.Sərkisyan beynəlxalq cinayətkar kimi törətdiyi əməllərə görə cavab verməlidir və hərbi cinayətkar kimi tanınmalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT

Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına start verilib.

Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır.