May ayından etibarən neft hasilatı kvotalarının müəyyənləşdirilməsi məqsədilə bu həftə keçiriləcək OPEC + iclası öncəsi dünya bazarında neft qiymətləri bahalaşmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, London birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti bir barrel üçün 65,06 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın son qiymətindən 0,49 dollar (0,76%) yüksəkdir.
Nyu-York Ticarət Birjasında (NYMEX) “WTI” markalı neftinin may fyuçerslərinin qiyməti isə 0,41 dollar (0,67%) bahalaşaraq 61,38 dollar səviyyəsində qərarlaşıb.
Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti isə 1,17% bahalaşaraq 64,62 dollar təşkil edib.
Son xəbərlər
Son Xəbərlər