Neft pulları necə xərclənməlidir?

neft-pullari-nece-xerclenmelidir
Oxunma sayı: 1144

Yaxın günlərdə 2020-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri açıqlanacaq. Ancaq indidən yeni ilin büdcə layihəsinin bəzi parametrləri müzakirəyə çıxarılıb. Bu da təbiidir. Çünki büdcə paketi ölkənin sosial-iqtisadi mühitinin əsas indikatorlarından biri və birincisidir.

Bununla belə, gələn ilin büdcə layihəsinin bəzi göstəriciləri ilə bağlı müzakirələr peşəkar yanaşmalara adekvat deyil. Məsələn, bəzi iqtisadçılar iddia edir ki, hökumət qeyri-neft sektorunun inkişafından danışsa da, Neft Fondundan dövlət büdcəsinə transfertlər ildən-ilə artırılır.  2020-ci ildə Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənilir. Yəni builki göstəricidən 400 milyon manat çox.  İddialara görə, Neft Fondunun yaradılmasından əsas məqsəd neft gəlirlərinin indiki və gələcək nəsillər üçün qorunub saxlanması idi…

Təbii ki, Neft Fondunun mnissiyalarından biri də, neft dollarının bir hisasəsinin, təkrar edirəm, bir hissəsinin (hamısının yox) gələcək nəsillərə saxalanıllmasıdır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 42 milyard dollardan çox vəsait var. Bu isə Azərbaycanın indiki büdcəsində 3 dəfə çoxdur. Deməli, neft pullarının bir qismi Neft Fondunun mandatına uyğun olara gələcək nəsillərə saxlanılır.

İddialara görə, Neft Fondu təkcə 2019-ci ildə yox, bundan öncəki illərdə də gəlirlərinin böyük hissəsini xərcləyib. Neft fondunun vəsaitini səmərəli istifadə etmək üçün digər sahələr inkişaf etdirilməli, büdcəyə köçürmələr azaldılmalıdır. Düzgün yanaşmadır. Ancaq qeyri-neft sektorunu inkişaf etdirmək üçün neft gəlirlərindən istifadə qaçılmazdır. Əgər Azərbaycanın daxili imkanları yetərlidirsə, onda hökumət niyə ifrat xarici borclanmaya getməlidir? Gələcək nəsiləllər neft pulları əvəzinə effektiv sosial və iqtisadi infrastruktur, rəqabətə davamlı biznes mühiti miras qoymaq daha yaxşıdır. Təbii ki, neft pullarının bir hissəsi hesabına.

Bu ilki göstəricilər də  normaldır – 2019-cu ilin  birinci yarımilliyində qeyri-neft sektoru 3,2%, qeyri-neft sənayesi 15,7%, qeyri-neft ixracı 15% artıb. 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin daha da artırılması proqnozlaşdırılır. 2019-cu illə müqayisədə gələn il qeyri-neft sektorundan daxilolmalların 11 faiz artırılması gözlənilir.
Təbii ki, hökumətin neft pullarının bir hissəsini biznes mühiti üçün zəruri infrastrukturun, eləcə də sosial infrastrukturun yenilənməsinə xərcləməsi zəruridir və vacibdir. Əgər biz ölkəmizə böyük həcmdə valyutanın daxil olmağa başladığı 2006-cı ildən bu günə kimi görülən işlərin həcminə diqqət yetirsək, zənnimcə, bir çox  sual doğuran iddialara ehtiyac qalmaz. Ölkıdə 14 min kilometr yol çəkilib, onlarla körpü salınıb, 6 hava limanı tikilib istifadəyə verilib, əhalinin su, işıq, qaz problemi həll olunub, yüzlərlə müəssisə yaradılıb, kənd təsərrüfatının canlanmasına səbəb olan iri həcmli layihələr, o cümlədən su ambarlarının tikintisi, meliorasiya və s. tədbirlər həyata keçirilib. 

Bununla yanaşı sənaye parklarının yaradılması, sahibkarlara güzəştli kreditlər verilməsi, Sumqayıtda sənayenin inkişaf etdirilməsi məqsədilə böyük layihələrin reallaşdırılması, yeni zavodların istifadəyə verilməsi, Bakı Beynəlxalq  Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlıri kimi regional və  qlobal əhəmiyyət kəsb edən layihəlırin icrası böyük vəsaitlər tələb edir. Həmçinin, maaş,.pensiya, təqaüdlərin kəskin artırılması, əhalinin sosial təminatınln yaxşılaşdırıkması, məcburi köçkünlır üçün 100 dən.çox qəsəbənin salınması, şəhid ailələrinə,.əlillərə yardımlar, məktəblərin, xəstəxanaların, və yüzlərlı digər sosial obyektlırin tikintisi və ya yenidən qurulması həyata keçirilib. Bunun üçün xarici borclanmaya getməyə əsas yoxdur, çünki daxili resurslar var. Baxmayaraq ki, hətta inkişaf etmiş ölkələr belə belə layihələrin icrasında xarici borclanmya gedirlər. Məsələn, ABŞ-ın xarici dövlət borcu 20 trilyon dolları keçib. İtaliyanın dövlət borcu 2 trilyondan artıqdır. Eləcə də başqa ölkələrdə vəziyyət oxşardır. Amma Azərbaycanın dövlət büdcəsi cəmi ÜDM in 17 faizi qədərdir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Kritik hədd isə 40 faizdən yuxarıdır. Yəni xarici borc ÜDM-in 40 faizini ötdükdə vəziyyət kritik həddə çatır.

2019-cu ilin birinci yarısında   dövlət  büdcəsinin gəlirləri  10 milyard 405,5  milyon manat,  xərcləri 10 milyard 951 milyon manat olub,  545,5 milyon  manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb. 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat nəzərdə tutulub. Yəni qanunla bu ilin sonunadək 2 milyard 22 milyon manat büdcə kəsiri planlaşdırılıb. Orta hesabla götürsək, ilin birinci yarısı üçün büdcə kəsiri 1 milyard 11 milyon manat olmalı idi. Ancaq ilin birinci yarısının kəsiri yarım illik proqnozdan 85 faiz azdır. Yəni büdcə kəsirinin çox olması haqda manipuliyasiyalara ehtiyac yoxdur. Bu faktın özü qeyri-neft sektorunun canlanmasının göstəricisidir.

Beəliklə, söhbət neft pullarının iqtisadi və sosial infrastrukturun yenilənməsinə xərcləməkdən imtina etməkdən yox, ayrılan vəsaitlərin təyinatı üzrə və daha  səmərəli xərclənməsindən gedə bilər. Yəni sözü gedən layihələr üzrə xərclənmələrin şəffaflaşdırılması və korrupsiya risklərinin minimuma endirilməsini müzakirə etmək olar. Lakin o da həqiqətdir ki, prezidentin bu istiqamətdə köklü dəyişikliklərin həyata keçirilmısinı artıq start verib. Gömrük, vergilər, sosial təminat sahəsində həyata keçirilən şəffaflaşdırma, korrupsiya riskəırinin azaldılması bu istiqamətlər üzrə dövlət büdcəsinə daxilolmaların həcminin artmasına gətirib çıxarıb. 

O ki qalfı qeyri-neft sektorunun inkişaf etdirilməsi məsəsinə, xatırlatmaq istərdim ki, dövlət başçısı bu məsələni prioritet elan edib. Lakin razılaşaq ki, qısa zamanda bu sahənin rəqabətə davamlılığını təmin etmək və dünya bazarında güclü iqtisadi potensiala malik ölkələr arasında özünə yer tutmaq 3-5 ilin işi deyil. Bunu başa düşmək və məsələlərə daha təmkinlə yanaşmaq lazımdır.

Qadir İbrahimli