Azərbaycanın sənaye sektorunda aparıcı yerlərdan birini tutan “RAMOİL COMPANY” MMC 2017-ci ildə təsis edilib.
“Qafqazinfo” xəbər verir ki, şirkət “SOCAR”, “GLOBAL ENERGY”, “STP”, “AZƏRİQAZ”, “AZNEFT”, “QAZMA TRESTİ” və digər dövlət və özəl şirkətlər ilə birlikdə bir çox layihələrə imza atıb.
Azərbaycanda fəaliyyət göstərən neft-qaz firmalarının mal və xidmətlərlə təchiz edilməsi işində “RAMOİL” MMC şirkəti dünyanın bir çox ölkələrində-Rusiya, Ukrayna, Almaniya, Türkiyə, Cənubi Koreya və s. istehsalçı firma və korporasiyalarla əməkdaşlıq və tərəfdaşlıq edir.
.png)
SOCAR-ın Təchizat İdarəsinin, Azneft İB-nin, NeftQazTikinti trestinin, KQİT-nin , SOCAR-AQŞ MMC, UBOC şirkətləri ilə əməkdaşlıq edib. İşlərin görülməsi keyfiyyət, peşə təhlükəsizliyi, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və milli standartların qayda və normaların mütləq riayət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin daima yüksəldilməsinə, sosial məsuliyyətə və müəssisənin ictimai əhəmiyyətinə əsaslanır. Müəssisə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün lazımi icazələri alıb, TPO sertifikatı əldə edib və beynəlxalq standartlar əsasında fəaliyyətini daha da təkmilləşdirmək üçün işlər aparır.
.png)
“RAMOİL COMPANY” MMC bu göstərilən xidmətləri həyata keçirir:
- Generatorların və kompressorların quraşdırılması, təmiri və servisi;
- Qaldırıcı və hidravlik qurğuların təmiri və servisi;
- Mexaniki və elektrik mühərriklərin təmiri və servisi;
- Yüksək gərginlikli xətlərin çəkilməsi və transformatorların quraşdırılması;
- Qaz və su xətlərinin çəkilməsi.
.png)
[email protected]
Tel: 0125620262
Mob: 0502613447
Son xəbərlər
Son Xəbərlər