Neft Qətər böhranı ilə əlaqədar ucuzlaşır

neft-qeter-bohrani-ile-elaqedar-ucuzlasir
Oxunma sayı: 773

Dünya birjalarında neftin qiyməti Qətər ətrafında yaranan böhranla əlaqədar ucuzlaşmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 1,442 faiz ucuzlaşaraq barelli 49,24 dollar olub. 

WTI markalı neftin iyul fyuçersi isə 1,060 faiz ucuzlaşaraq barelli 47,16 dollardan satılıb. 

Xatırladaq ki, ötən gün Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror təşkilatlarına dəstək olmaq və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək onunla bütün diplomatik əlaqələri kəsmişdilər.