Neft qiyməti psixoloji həddən düşdü

neft-qiymeti-psixoloji-hedden-dusdu
Oxunma sayı: 3451

“Brent” markalı neftin bir barrelinin qiyməti yenə də psixoloji hədd sayılan 40 dollardan aşağı düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Brent” in qiymətində 1.03% ucuzlaşma var. Hazırda bu markalı neft 38.27 dollardan satılır.

WTI markalı neftin qiymətindən də xoş xəbər yoxdu. 1,30% ucuzlaşma ilə WTI 36,31 dollardan təklif edilir.

Qeyd edək ki, aprelin ilk günündə neft qiyməti artaraq 40,12 dollar olmuşdu.